Bacanağını öldürən şəxsə hökm oxundu

9 Aprel 2019 12:44 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şahin Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ş. Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında Xırdalan şəhərində baş verib. Ş.Qasımov aralarında yaranan münaqişə zəmnində bacanağı Müşviq Abbasovu bıçaqlayaraq, qətlə yetirib.(ona.az)

AzNews.az