Demokratiyanın sahibi millətdir, nə desə, o olar - Ömər Çelik

9 Aprel 2019 14:15 (UTC+04:00)

“Demokratiyanın sahibi millətdir, nə desə, o olar. Biz də bunu başımızın üstündə əmanət kimi daşıyarıq” .

AzNews.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim AKP partiyasının sözçüsü Ömer Çelik gündəmlə bağlı məsələləri dəyərləndirərkən deyib.

Çelik Türkiyə-Rusiya münasibətlərinə toxunaraq 2019-cu ilin qarşılıqlı olaraq mədəniyyət ili elan olunduğunu bildirib:

“Putinin Türk iş adamlarının Rusiyada edəcəyi yatırımlarlarla bağlı açıqlaması günün əsas mövzusudur. Belə ki, bundan sonra Rusiyada Türk iş adamlarına qarşı bürokratik əngəllər aradan qaldırılacaq və onların bu ölkədəki fəaliyyətləri daha da asanlaşacaq".

Çelik Ankaradakı seçki müddətinin hüquqi olaraq davam etdiyini vurğulayıb:

“Hüquqi qərar verildikdən sonra biz siyasətçilər o qərarı hörmətlə salamlayırıq. Baxın, bu gün CHP-nin Ankara Böyükşəhər Bələdiyyə başqanı namizədi vəsiqəsini aldı və bütün etirazları sona çatdı. Partiyamız adından Ankaradakı kampaniyaya rəhbərlik edən baş katibimiz Fatih bəy vəsiqəsini alan namizədi təbrik etdi. Bələdiyyə başqanımız Mustafa Tuna təhvil vermə mərasimində iştirak edərək namizədə gül verdi. Yeni başqan köhnə başqanı yola saldı.

CHP-nin namizədi vəsiqəsini aldıqdan sonra Anıtkabiri ziyarəti etdi, rəsmi sözlərini də ora yazdı. Bununla bağlı hər hansı bir tənqid varmı? Yox. Çox təbii vəziyyətdir.

Hər gün çıxırlar televiziyaya, deyirlər ki, “Allah rızası üçün sıxmayın”. Baxın, keçmiş adətlərini eynilə davam etdirib, hər cür gərginlik siyasətinə imza atırlar. İstanbulda media sahibi olan ailələrin soyadlarını verərək onları hədəf göstərirlər, rayon və vilayət seçki qurumlarını, YSQ-ni təhdid edərək təzyiq altında saxlamağa çalışırlar. Hardasa bütün siyasi tarixlərindəki qalmaqalları bu bir həftə içərisinə sığışdıracaq bir fəaliyyət göstərirlər”.

Pərvanə Ağazadə

AzNews.az