Milli Məclis Hesablama Palatasının hesabatını qəbul etdi

9 Aprel 2019 13:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.

Onun sözlərinə görə, 2018-ci ildə aparılmış audit tədbirləri 10,2 mlrd.manat vəsaiti əhatə edib. Bunun 60,5%-i dövlət büdcəsi xərclərinə aid olub.

Hesablama Palatasının hesabatı müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul olunub.

AzNews.az