Kolumbiyada prezidentə sui-qəsdin qarşısı alındı

9 Aprel 2019 13:29 (UTC+04:00)

Kolumbiyanın baş prokuroru Nestor Umberto Martines hakimiyyət orqanlarının Prezident İvan Dukeyə qarşı sui-qəsd planını ifşa etdiyini bildirib.

“El Universo” qəzeti xəbər verir ki, silahlı qruplaşmalar yerli əhali nümayəndələri ilə görüş zamanı prezidentə hücum etmək istəyirmiş.

“Sosial hərəkatlara və yerli əhali birliklərinə soxulmuş mütəşəkkil silahlı qruplaşmalar ölkə prezidentinin təhlükəsizliyinə təhdid yaradan terror aktı həyata keçirmək istəyirdilər”, - deyə baş prokuror bildirib.

Planlaşdırılan terror aktının təfərrüatları və şübhəlilərin həbsi barədə məlumat verilmir.(AZƏRTAC)

AzNews.az