Nazarbayevin qızı prezident seçkilərində iştirak edəcək?

9 Aprel 2019 13:41 (UTC+04:00)

Qazaxıstan Senatının rəhbəri Dariqa Nazarbayeva prezident seçkilərində iştirak etməyəcək.

Bu barədə Senat dəftərxanasının rəisi Saul Mustafayev açıqlama verib.

Ölkənin ilk prezidenti Nursultan Nazarbayevin böyük qızı olan Dariqa Nazarbayeva martın 20-də Senat sədri seçilmişdi.

Bununla da, ölkə Senatının sədri Kasım-Jomart Tokayevin prezident seçilmə şansları xeyli artıb.(modern.az)

AzNews.az