BMT İrana 1,42 milyon dollar yardım verdi

9 Aprel 2019 14:26 (UTC+04:00)

BMT İranda baş verən təbii fəlakət nəticəsində zərər çəkənlərə 1,42 milyon dollar yardım edib.

Bu sözləri BMT-nin İrandakı rezident əlaqələndiricisi Uqoçi Daniels deyib. O bildirib ki, BMT sel zamanı evlərini itirmiş insanlara humanitar yardım şəklində dava-dərman, isti paltar, içməli su, çadır və digər ləvazimatlardan əlavə, İrana 1,42 milyon dollar həcmində pul da verib.

İran hökuməti bu vəsaiti fəlakət bölgəsində evlərin və infrastrukturun bərpasına yönəldəcək.(AZƏRTAC)

AzNews.az