Bakıda 18 yaşlı qız oğlanı bıçaqladı

9 Aprel 2019 14:36 (UTC+04:00)

Bu barədə Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, aprelin 8-də, gündüz saatlarında 20 yaşlı paytaxt sakini Yusifov Anar Pirəli oğlu döş nahiyəsinin deşici bıçaq yaraları ilə 3 saylı Şəhər Kliniki xəstəxanasına daxil olub.

Araşdırma nəticəsində insidentin A.Yusifovun Nəsimi küçəsi, ev 2 ünvanında (evin qarşısında) baş verdiyi müəyyən edilib.

25-ci polis bölməsinin əməkdaşları şübhəli şəxs qismində 18 yaşlı S.S.-ni saxlayıb (saxlanılan şəxsin adı hələlik açıqlanmır).

İlkin məlumata görə, bıçaqlanma gənclər arasında olan şəxsi münasibətlər zəminində baş verib.(oxu.az)

AzNews.az