Ruhanidən 20 ədəd nüvə başlığı təlimatı

9 Aprel 2019 15:46 (UTC+04:00)

İran prezidenti Həsən Ruhani Milli Nüvə Texnologiyası günü münasibəti ilə paytaxt Tehranda təşkil olunan mərasimdə iştirak edib.

AzNews.az xəbər verir ki, o, Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi ilə 114 nüvə sənayesi məhsulunu təqdim edib.

Natanzdakı tədbirə video konfrans vasitəsilə bağlanan Ruhani 20 ədəd İR6 nüvə başlığının qurulması barədə təlimat verib.

Ruhani nüvə başlığı ilə yanaşı plazma texnologiyası, zənginləşdirmə tullantıları və MV6 elektron sürətləndirici cihazı ilə bağlı nüvə proyektlərinin də açılışını reallaşdırıb.

İR6 nüvə başlığı layihəsinin qısa müddətdə tamamlanacağı və test mərhələsinə keçəcəyi bildirilib.

Pərvanə Ağazadə

AzNews.az