Lənkəranda iki məktəbli qızı maşın vurdu

9 Aprel 2019 15:18 (UTC+04:00)

Rayonun Lüvəsər kənd sakini, 2008-ci il təvəllüdlü Nərmin Adıgözəlova və Bəlləbur kənd sakini, 2009-cu il təvəllüdlü Xeyrənisə Cəfərzadə təhsil aldıqları şəhər 8 saylı orta məktəbdən evə qayıdarkən onları maşın vurub.

Hər iki məktəbli qız Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb. (report.az)

AzNews.az