PKK rəhbəri belə məhv edildi - VİDEO

9 Aprel 2019 15:49 (UTC+04:00)

Türkiyə ordusunun Şimali İraqda keçirdiyi əməliyyat zamanı PKK terror təşkilatlarının liderlərindən olan Mehmet Soysürən məhv edilib.

“Anadolu” agentliyi xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Savaş Porsipi” ləqəbli terrorçunun PKK-nın “xüsusi təyinatlıları”na rəhbərlik etdiyi və Türkiyə Daxili İşlər Nazirliyinin “qırmızı siyahısı”na daxil olduğu bildirilib.

Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında “Pençe” adlı əməliyyatlarını martın 30-da başlayıb.(oxu.az)

AzNews.az