Cəbrayıl Həsənov üçüncü dəfə Avropa çempionu oldu

9 Aprel 2019 16:07 (UTC+04:00)

O, Buxarestdə keçirilən Avropa çempionatının qızıl medalını qazanıb.

Lakin Həsənov final görüşünü keçirmədən buna nail olub. Səbəb isə finalda onunla qarşılaşmalı olan Əhməd Qazıməhəmmədovla (Rusiya) zədələnməsidir.

Ria Novostinin yaydığı xəbərə görə, həkimlərin qərarı ilə Qazıməhəmmədov həlledici qarşılaşmada olmayacaq.

Rusiya Güləş Federasiyasının rəsmi saytı da məlumatı təsdiqləyib. Rusiya yığmasının baş məşqçisi Dzambolat Tedeyev də bildirib ki, Qazıməhəmmədov güləşə bilməyəcək.(qafqazinfo.az)

AzNews.az