BMT Liviyadakı münaqişə tərəflərinə xəbərdarlıq etdi

9 Aprel 2019 17:39 (UTC+04:00)

BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçelet Liviyadakı münaqişə tərəflərinə mülki infrastruktura yönəlik hücumların döyüş cinayətləri yarada biləcəyi barədə xəbərdarlıq edib.

Ali komissar yazılı açıqlamasında mülki vətəndaşların qorunmasının təmin edilməsi ilə bağlı beynəlxalq hüququn normalarını münaqişə tərəflərinin diqqətinə çatdırıb. M.Baçelet Liviya xalqının son illərdə münaqişələrdən əziyyət çəkdiyini və insan hüquqlarının pozulması hallarının baş verdiyini qeyd edib.(AZƏRTAC)

AzNews.az