Maykl Essyen Məhəmməd Salahın üstün keyfiyyətini açıqladı

9 Aprel 2019 17:43 (UTC+04:00)

"Məhəmməd Salah qətiliklə tarixdə ən yaxşı afrikalı oyunçulardan biri olmağa yaxındır. O, çox çalışmağa və yaxşı oynamağa davam etməyə məcburdur".

Bunu hazırda "Səbail"də çıxış edən futbolçu Maykl Essyen İngiltərə "Liverpul"unun afrikalı oyunçusu Məhəmməd Salah barədə "Goal.com"a açıqlamasında deyib.

37 yaşlı yarımmüdafiəçi misirli hücumçunun müsbət keyfiyyətindən bəhs edib: "Salah hər şeyi təvazökarlıqla edir. Onda bəyəndiyim ən yaxşı keyfiyyət budur".

Essyen 2010-cu ildə Braziliyada keçirilən dünya çempionatının 1/4 finalına vəsiqə qazanan, lakin tarixi ərzində Afrika Millətlər Kubokunu (AFCON) qazana bilməyən Qana millisi barədə də danışıb. Qanalı oyunçu AFCON-u qazana bilməmələrinin səbəbini açıqlamağın çətin olduğunu bildirib: "Dünya çempionatında olduğu kimi eyni səviyyədə fədakarlıq və səy göstəririk. Amma futbolda bəzən hər şeyi sınayırsınız, amma uğur qazana bilmirsiniz. Ən vacibi odur ki, hər şeyinizi ortaya qoyduğunuzu bilir və meydanı başı dik tərk edirsiniz".

Qeyd edək ki, Maykl Essyen "Səbail" klubu ilə martın 16-da 1,5 illik müqavilə bağlayıb.(report.az)

AzNews.az