Meksikada penaltidən kuryoz qol vuruldu - VİDEO

9 Aprel 2019 18:09 (UTC+04:00)

Meksikada “Çivas” və “Lobos”un gənclərdən ibarət komandaları arasındakı görüşdə kuryoz qol vurulub.

Penalti seriyasında ilk zərbəni vurmaq üçün topa “Çivas”ın futbolçusu yaxınlaşıb.

Onun zərbəsindən sonra qapı tirinə tuş gələn top hündürə qalxıb. Bu zaman qapıçı topun kənara çıxacağını düşünüb. Lakin sonradan top yerə dəyərək tora daxil olub. (report)

Definitely meant it. pic.twitter.com/qlTedvYsT1

— BBC Sport (@BBCSport) April 9, 2019

AzNews.az