Ucarda torpaq uçqunu: 4 nəfər xəsarət aldı

9 Aprel 2019 18:19 (UTC+04:00)

Ucarda torpaq uçqunu olub.

Hadisə bu gün axşam saatlarında şəhərin Həzi Aslanov küçəsində qeydə alınıb. “Azərsu” ASC tərəfindən qazıntı işləri aparılan zaman torpaq uçqunu olub. Nəticədə 4 nəfər uçqun altında qalıb. Həmin şəxslər uçqun altından çıxarılıb. Onlardan ikisinin xəsarəti ağır olduğu üçün onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. (ona.az)

AzNews.az