Terrorçular Rakkada partlayış törətdilər: ölənlər var

9 Aprel 2019 21:33 (UTC+04:00)

“İslam Dövləti” terrorçu qruplaşmasının üzvləri Suriyanın Rakka şəhərində minalanmış avtomobili partladıblar.

Terakt nəticəsində 13 nəfər ölüb, bir neçə insan yaralanıb.

Ölənlər arasında 4 kürd döyüşçüsü var, qalanları dinc sakinlərdir.

Partlayış şəhərin Nur küçəsində “Suriya demokratik qüvvələrinin” blokpostu yaxınlığında törədilib. Ətrafdakı binalara ciddi ziyan dəyib. (ona.az)

AzNews.az