Elinanın intihardan sonrakı şok görüntüləri yayıldı - VİDEO

10 Aprel 2019 09:37 (UTC+04:00)

Bakı şəhərinin 162 saylı məktəbində intihar edən 15 yaşlı Elinanın daha bir videosu yayılıb.

AzNews.az xəbər verir ki, görüntülərin Elinanın özünü atmasından sonra çəkildiyi bildirilir. Kadrlarda təcili yardım həkimi ilə söhbət edən məkətəblinin huşunun özündə olduğu görünür. Onun xəstəxanaya vaxtında çatdırılmadığı bildirilir. Videonu prodüser Tolik yayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.

Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.

Aynur

AzNews.az