Qardaşını xilas etmək üçün təhsildən imtina etdi - FOTOLAR

10 Aprel 2019 10:14 (UTC+04:00)

Çinin Lyanyunqan şəhərində 18 yaşlı Li Tzının fədakar addımı yerli mətbuatın gündəminə düşüb.

Lenta.ru-nun məlumatına görə o, aplastik anemiyadan əziyyət çəkən qardaşına yardım etmək üçün universitetə daxil olmaq fikrindən daşınıb.

Qardaşı xəstələnən zamanı Li Tzı buraxılış imtahanlarına hazırlaşıb. Ona onurğa beyinin köçürülməsinə ehtiyac yaranıb. Toxuma uyğunsuzluğuna görə, nə anası, nə də atası donor ola bilib. Köçürməyə yalnız onun toxumaları uyğun gəlib. Qardaşının həyatını xilas etmək üçün donor olmağa razılaşıb və beləcə, bu il universitetə daxil ola bilməyib”.

“İmtahanı bir ildən sonra da verə bilərdim, ancaq qardaşımı xilas etmək üçün ikinci şans olmayacaqdı”, - deyə o bildirib.

Əməliyyatlar martda baş tutub. Müalicə xərclərini ödəmək üçün ailə borc götürməyə və qonşuların və qohumların ianələrini qəbul etməyə məcbur olub.(oxu.az)

AzNews.az