Nəfəs borusunda yemək qalan uşaq öldü

10 Aprel 2019 11:09 (UTC+04:00)

Türkiyənin Van bölgəsinin Erciş ərazisində 6,5 aylıq Eymen Tayyip Sara anası tərəfindən verilən yeməyin nəfəs borusunda qalması səbəbi ilə boğulub.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Van yolu məhəlləsində baş verib.

Uşağa anası yemək yedirmək istəyib. Ancaq yemək körpənin nəfəs borusunda ilişib. Rəngi yavaş-yavaş göyərən uşaq atası Ebubekir Sıddık Sara tərəfindən çağırılan təcili yardımla Erciş dövlət xəstəxanasına aparılıb. Həkimlərin mücadiləsinə baxmayaraq uşağın həyatını qurtarmaq mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Səidə Vahid

AzNews.az