Gözündəki ağrıların səbəbi canlı arılar çıxdı

10 Aprel 2019 12:14 (UTC+04:00)

Şiddətli ağrı və yaşarma şikayəti ilə həkimə müraciət edən qadının gözündən 4 bal arısı çıxıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Tayvanda Fooyin universitetinin xəstəxanasına şiddətli ağrı və yaşarma şikayəti ilə müraciət edən 20 yaşlı qadının gözünə mikroskopla baxılıb.

Qadının göz çuxurunda 4 kiçik bal arısının ayaqlarını oynatdığı görülüb.

Həkim Hung Çi-ting qadının göz çuxurunda göz yaşı ilə qidalanan arıları cərrahi müdaxilə ilə çıxarıb.

Arıların qadının gözünə qohumunun məzarında otları təmizləyərkən girdiyi deyilir.

Qadının gözündə toz olduğunu düşünərək su ilə təmizlədiyi, ağrıların dözülməz hala gəldiyi üçün isə xəstəxanaya gəldiyi bildirilib.

Pərvanə Ağazadə

AzNews.az