Bakıda həyətdən 1 ton kələm oğurladılar

10 Aprel 2019 12:36 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Türkan qəsəbəsindəki həyətyanı sahələrin birindən 1 ton kələm oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri S.Nemətov, E.Zəkizadə və R.Mirzəyev saxlanılıb.

AzNews.az