“Qaçqınkom” sədri yanğın baş verən əraziyə gəldi

10 Aprel 2019 13:11 (UTC+04:00)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Rövşən Rzayev yanğın baş verən Bakının Nizami rayonu, Babək prospektində Azərsutikinti Xəstəxanasının korpusunda məcburi köçkünlərin yaşadığı binaya gəlib.

Bu barədə hadisə yerində olan əməkdaşı məlumat verir.

R.Rzayev sakinlərin müraciətlərini dinləyib. O, deyib ki, hər gün komitəyə yüzlərlə müraciət daxil olur: "Yararsız vəziyyətdə olan binalardakı məcburi köçkünlər mərhələli şəkildə köçürüləcək. Sadəcə bunun üçün zaman lazımdır".

Ərazidə olan Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Qərib Məmmədov deyib ki, yanğın baş verən binadan indiyə qədər 39 ailə köçürülüb: “Hazırda binada 101 ailə yaşayır”.

Qeyd edək ki, yanğın söndürülüb.(report.az)

AzNews.az