Türkiyə Suriya ilə sərhədə qoşun yeridir

10 Aprel 2019 13:52 (UTC+04:00)

Türk Silahlı Qüvvələri tərəfindən Suriya sərhədindəki hərbi birliklərə əlavə kömək göndərilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, müxtəlif birliklərdən göndərilən hərbçiləri daşıyan çox saylı zirehli texnikadan ibarət konvoy Hatayın Kırıkhane bölgəsinə çatıb.

Güclü təhlükəsizlik tədbirləri altında məkana çatan hərbçilər Suriya sərhədindəki birliklərə dəstək məqsədi ilə gətirilib.

Pərvanə Ağazadə

AzNews.az