Beren Saatın rol aldığı serialda ölüm hadisəsi

10 Aprel 2019 13:46 (UTC+04:00)

Beren Saat, Mehmet Günsür, Metin Akdülger, Civan Canova və Başak Köklükayanın bir araya gəldiyi “Atiye” (The gift) serialının çəkiliş meydançasında ölüm hadisəsi baş verib.

“Netflix”in layihəsində boya işlərini görən Hasan Karatay dünyasını dəyişib.

O, yüksək məsafədən aşağı düşüb və təcili olaraq xəstəxanaya aparılıb.

Lakin həkimlər gəncin həyatını xilas edə bilməyib.

Mövzu ilə bağlı Sinema və TV Mərkəzi araşdırma aparıb.

Məlum olub ki, “OG Medya” işçisinin təhülkəsizliyini təmin etməyib.(qafqazinfo.az)

AzNews.az