Ukrayna Rusiyaya qarşı sanksiyaları artırdı

10 Aprel 2019 13:51 (UTC+04:00)

Ukrayna hökuməti rəsmi Moskvaya qarşı tətbiq etdiyi ticari sanksiyaları genişləndirib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, Nazirlər Kabineti qərarı müzakirə aparmadan qəbul edib.

Hökumət üzvləri “Rusiya Federasiyasından Ukraynanın gömrük ərazisinə gətirilməsinə qadağa qoyulan malların siyahısına düzəlişlər haqqında” qətnamənin lehinə səs verib.

Siyahıya məhz hansı məhsulların adının daxil edildiyi haqda hələ ki, məlumat yoxdur.(qafqazinfo.az)

AzNews.az