Ölüm xəbəri müğənni Gülşeni yıxdı

10 Aprel 2019 14:28 (UTC+04:00)

Türk müğənnisi Gülşen bacısının öldüyü ilə bağlı yalan xəbərlərə görə özünü pis hiss edib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni Gülşen onu çox üzən bir hadisə ilə bağlı “Instastory”də paylaşım edib.

Gülşen ona zəng edib bacısının sağ olub-olmaması barədə verilən suallara görə jurnalistlərə sitəm edib.

Paylaşımda bacısı ilə çəkilmiş bir fotosunu paylaşan müğənni başlığa bu sözləri yazıb:

''Yanlış bir xəbər alıb bacısı ölmüş deyə zəng edən jurnalist dostlar mənim ürəkdən ölümümə səbəb olacaqdı. O qədər pisəm ki... Çox şükür yenə də”.

Səidə Vahid

AzNews.az