“YouTube”un işində problem yarandı

10 Aprel 2019 14:32 (UTC+04:00)

Dünyanın dörd bucağından olan “YouTube” istifadəçiləri videoservisin işində problemlərin yarandığından şikayət edir.

“Downdetector” xidmətinin məlumatına görə, pozuntular Rusiya, ABŞ, Yaponiya, Avropa ölkələrində müşahidə olunur.

“YouTube” istifadəçilərinin bir çoxu axtarış sistemində pozuntunun yarandığını, həmçinin, videonun görüntülənməsi ilə bağlı çətinliklərin yaşandığını bildirib.

Ümumilikdə istifadəçilərin 13 faizi öz “YouTube” hesabına daxil ola bilmir.(oxu.az)

AzNews.az