Seçkidən sonra ilk dəfə görüşdülər

10 Aprel 2019 15:10 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepedə Milli Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını qəbul edib.

“Milliyet”in verdiyi xəbərə görə, 31 mart bələdiyyə seçkilərindən sonra ilk dəfə bir araya gələn tərəflərin görüşü mətbuata qapalı keçirilib.

Görüş 30 dəqiqə davam edib.(qafqazinfo.az)

AzNews.az