Kremldən Türkiyə açıqlaması: “Fürsət gözləyirik”

10 Aprel 2019 16:08 (UTC+04:00)

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlamasına münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü Türkiyə ilə yeni hərbi anlaşmadan da danışıb:

“Rusiya Türkiyə ilə “S-400” məsələsində yeni müqavilə imzalamağa hazırdır. Rusiya əməkdaşlığı genişləndirmək üçün fürsət gözləyir”.

Qeyd edək ki, Mövlud Çvuşoğlu ABŞ-ın Türkiyəyə “Patriot” hava hücumundan müdafiə sistemləri satmayacağı halda, Rusiya ilə yeni hərbi anlaşmanın imzalanacağını bildirib.(teleqraf.com)

AzNews.az