Azərbaycan milli komandası Latviyaya yola düşdü

10 Aprel 2019 19:19 (UTC+04:00)

Futzal üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı üçün Latviyaya yola düşüb.

Bakı-İstanbul-Riqa reysi ilə səfər çıxan komanda oyunun keçiriləcəyi Liepaya şəhərinə çatıb. Yığma Liva otelində məskunlaşıb.

Joze Alesio da Silvanın rəhbərlik etdiyi kollektiv aprelin 11-də və 12-də Latviya yığması ilə qarşılaşacaq. Birinci oyun Bakı vaxtı ilə saat 20:00, ikinci görüş isə 19:00-da başlayacaq.

Yığma aprelin 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışında olacaq. Komanda aprelin 15-də və 16-da isə Serbiya ilə üz-üzə gələcək.

AzNews.az