Kürdəmirdə evdən 1250 manatlıq oğurluq - FOTO

10 Aprel 2019 19:29 (UTC+04:00)

Kürdəmir rayonunda evdən 1250 manatlıq qızıl-zinət və bəzək əşyaları oğurlanıb.

Hadisə aprelin 7-də şəhər ərazisində qeydə alınıb.

Belə ki, Kürdəmir şəhər sakini Şəbnəm Sehran qızı Ələkbərova rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən ona məxsus 1250 manat dəyərində qızıl-zinət və bəzək əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini Ağsu şəhər sakini, 1987-ci il təvəllüdlü Dadaşov Orxan Xanqulu oğlunun törətdiyi məlum olub. Şübhəli şəxs saxlanılaraq maddi sübutla birlikdə istintaq bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az