"Formula-1": Bakıya gələcək ikinci əcnəbi müğənninin adı açıqlandı

10 Aprel 2019 22:25 (UTC+04:00)

“Formula-1” üzrə Azərbaycan Qran-prisində konsert proqramı ilə çıxış edəcək ikinci və son əcnəbi müğənninin adı açıqlanıb.

Bakı Şəhər Halqasından ONA-ya verilən məlumata görə, 27 yaşlı amerikalı Kardi B ləqəbli Belkalis Almanzar yarışla bağlı paytaxtımıza gələcək.

Son illərin yaddaqalan hitlərinə imza atmış ifaçı Azərbaycan Qran-prisinin üçüncü günündə - aprelin 28-də “Bakı Kristal Zalı”nda səhnəyə çıxacaq.

Qeyd edək ki, ondan bir gün öncə "Qremmi" və "Oskar" mükafatı laureatı olan böyük britaniyalı dünya ulduzu Sam Smit konsert verəcək.

AzNews.az