Əlcəzairdə prezident seçkilərinin keçiriləcəyi tarix bəlli oldu

10 Aprel 2019 23:18 (UTC+04:00)

Əlcəzairdə iyulun 4-ü prezident seçkiləri keçiriləcək.

Bu barədə qərarı ölkənin müvəqqəti prezidenti Əbdülqadir Binsahel imzalayıb.

Beləliklə, seçkilər konstitusiyası çərçivəsində Ə.Binsalehə dövlət başçısının səlahiyyətlərinin icrası üçün ayrılmış 90 günlük müddət çərçivəsində keçiriləcək.

Qeyd edək ki, aprelin 9-u Əlcəzair parlatmentinin hər iki palatası Ə.Binsalehi dövlət başçısı kimi təsdqiləyiblər.

AzNews.az