“Britaniya Brexitdən imtina edə bilər” - Makron

11 Aprel 2019 09:07 (UTC+04:00)

Böyük Britaniya Avropa İttifaqından ya razılaşmasız, ya da ümumiyyətlə Brexitdən çıxa bilər.

TASS xəbəbr verir ki, bunu jurnalistlərə açıqlamasında Fransa prezidenti Emmanuel Makron deyib.

O, bildirib ki, 31 oktyabra qədər 3 variant keçərlidir: 1-ci variant - Britaniya parlamenti çıxış haqqında razılaşmanı ratifikasiya edəcəklər. Belə olan halda onlar hətta 23 maya qədər prosesi sürətləndirib avroparlament seçkilərində iştirak etməyə bilərlər.

İkincisi isə, onlar Brexitdən tamamilə imtina edəcəklər. 3-cü variant isə müqaviləsiz Brexit(report.az)

AzNews.az