Bakıda fəhlə tikilməkdə olan binadan yıxılaraq öldü

11 Aprel 2019 10:20 (UTC+04:00)

Hadisə paytaxtın Yasamal rayonu ərazisində tikilməkdə olan yaşayış kompleksində qeydə alınıb.

Orada fəhlə işləyən, 1985-ci il təvəllüdlü Əli Əlövsət oğlu Nəcəfov binadan yıxılaraq ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.(ona.az)

AzNews.az