Keçi ilə yemək davası etdi

11 Aprel 2019 10:37 (UTC+04:00)

Türkiyənin Rize bölgəsində bir gəncin keçisi ilə etdiyi çörək davası görüntüləri sosial media istifadəçilərinin marağına səbəb olub.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rizenin Çayeli kəndində yaşayan 28 yaşlı Ahmet Suiçmez kənddə saxladığı keçiləri ilə çəkdiyi video maraqla qarşılanıb.

Suiçmez keçilərinin yanında çörəkarası yeməyini yeyərkən, bir keçi onun çörəyindən yeməyə çalışıb.

Keçi ilə güldürən çörək davası görüntülərini sosial media hesabından paylaşan Suiçmez keçilərini çox sevdiyini və onları dostu kimi gördüyünü deyib.

Səidə Vahid

AzNews.az