Aygün Kazımova ölümlə hədələndi

11 Aprel 2019 11:07 (UTC+04:00)

Bu barədə məşhur müğənninin köməkçisi Almaz Mustafayeva məlumat verib.

O, MTV-də yayımlanan “Üç canlı” proqramında qonaq olarkən hadisənin “Aygün bir gün” adlı solo konsertindən bir gün əvvəl baş verdiyini qeyd edib:

“Aygün Kazımovanı konsertindən qabaq hədələmişdilər. Telefonla zəng vurub dedilər ki, sabah səhnəyə çıxsan, səni öldürəcəyik. Bir anlıq donub qaldı. Bu, solo konsertindən bir gün qabaq baş verdi. O gündən sonra çalışıram ki, Aygün xanım konsert ərəfəsində telefona yaxınlaşmasın”.(qafqazinfo.az)

AzNews.az