Türkan Şoray "Filmə çəkilməyəcəyəm" dedi - Səbəb

11 Aprel 2019 11:20 (UTC+04:00)

Yeşilçamın sevilən aktrisalarından olan Türkan Şoray dünən axşam “Soho House”-də dostları ilə bir araya gəlib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, jurnalistlərlə söhbət etmək üçün maşınını dayandıran Türkan Şoray aldığı qərarı açıqlayıb:

“Filmi buraxdım, çəkilməyəcəyəm”.

73 yaşlı türk sənətçisinin vida qərarı pərəstişkarlarını xeyli üzəcək.

Səidə Vahid

AzNews.az