“Kosmosda azan səsi duydum...”- Müsahibə
28 Aprel 2013 11:36 (UTC+04:00)
"Qorxusuz’" ləqəbli Felix Baumqartnerin 44 yaşı var. O, 2012-сi ildə 39 min metr yüksəklikdən dünyaya tullanaraq 833.9 mph (1,342 kph) sürətə çatmaqla dünya rekordunu təzələyib. Dünyada ekstrem idmançılar arasında ən məşhurlarından biri olan bu şəxs Kosmosdan tullanarkən yaşadığı həyacanı anladıb.
AzNews.az Feliksin Türkiyə mətbuatına müsahibəsini təqdim edir:
- Kosmosdan atılmaq fikrini bildirəndə sənə dəli demədilər ki?
- 16 yaşımda Kosmosdan atılan Joe Killinqerin 52 ildir ki, qırılmayan rekordunu qırmaq istəyirdim. Üstəlik bunu edən ilk və tək adam olmaq arzusundaydım. Sonunda "Zenit"in də köməyi ilə bunu gerçəkləşdirdim.
- Bu cəsarət ailədən gəlir?
- Qətiyyən yox. Atam həmişə deyirdi ki, idmandan pul qazanmaq olmaz. Anam evdar qadındır. Ailədə və təhsillə bunun əlaqəsi yoxdur. Anam heç məni izləməz də. Amma bir dəfə gəldi. Atlayışdan əvvəl mənimlə idi. Çox narahat və kədərli idi. Bir həftə əvvəl bacımı itirmişdik. Bu dəfə də oğlu Kosmosdan tullanacaqdı. Amma sonra mənimlə qürür duydu.
-Hazırlaşarkən nələri düşündünüz?
- 02.00-də tibbi müayinədən keçdim. Paltarlarımı geyindirdilər. Özəl oksigen verildi. Sonra gözləməyə başladım. O paltarın içində ancaq öz nəfəsimi duyurdum.Ağlımdan ölən dostlarım, 50 ildir ki, qırılmayan rekord keçdi. Bu adamların bəzisi nəyəsə nail oldu, bəzisi öldü, mənə nə olacağını bilmirdim.
- Kosmosdan Yeri gördükdə Allahdan nəsə istədinizmi?
- Sadəcə 10 dəqiqəniz var. Cünki bağlantı kəsildikdən sonra qalan oksigen ancaq 10 dəqiqəyə yetir. Yəni qorxmaq, ya da nəsə soruşmaq üçün vaxt yoxdur. Tamamilə qaranlıqdır. Sadəcə bir müddət dünyanı yuxarıdan görməkdən həzz alırsan. Hər yer qaranlıq, nəfəsin kəsilir, tək və çarəsizsən. Ancaq sakitsən.
-Əgər sizə indi Kosmos səyahəti təklif etsələr?
- Dərhal o müqaviləni imzalayaram.
- Bəziləri atlanarkın azan səsi duyduğunu yazır. Bəs siz?
- Kosmosdan azan səsi duydum..., yox canım, azan səsi duymadım.
- Heç olmasa çox pul qazandınızmı?
- Bu işdən pul qazanmağı düşünmədim. Macəranı sevirəm, bu ruhun pula ehtiyacı yoxdur, əslinə heç qiyməti də yoxdur. Amma artıq məşhur olduğum elə o andan ağlıma gəldi.
- Düşərkən qorxdunuzmu?
- Bacarmamaq şansım yox idi. 5 il boyunca buna hazırlaşmışdıq. Bəzi anlar həqiqətən ölümcül idi. Kosmosda sanki üzürdüm. Birdən çox sürətlənirsən, ancaq havanı hiss etmirsən. Sadəcə çarəsizlik hiss edirsən. Ən önəmlisi səs sürətini aşmağım idi. Bu atlayışla bir ilk də yaşandı.
- Nədir o?
- Yanımda "Zenit"- 10. El Primero Stratos Flyback Striking saatım vardı. O da mənimlə kosmosda səs sürətini aşan ilk saat oldu. Bu saatın üzərində neçə il işləmişdilər.
- Tullanmaq seksdən daha çox zövq verir?
- Bu qədər təhlükəli bir iş edəndə zövq almaq olmaz. Amma atlandıqdan sonra istirahət edərkən zövqü əsl mənada yaşayırsan.
Elnarə Əlosmanqızı
AzNews.az