Türkmənistanda yeni şəhər salınacaq

11 Aprel 2019 11:20 (UTC+04:00)

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkənin Göktəpə rayonu ərazisində yeni bir şəhərin təməlini qoyub.

Şəhərin inzibati mərkəzi Ahal vilayəti olacaq.

Türkmənistan şirkətləri 70 mindən çox sakini olacaq şəhərin salınmasını iki mərhələdə həyata keçirəcək.

Şəhərdə 400-dən çox kottec və çoxmərtəbəli yaşayış binaları, 10 uşaq bağçası, 19 orta məktəb binası, peşə və incəsənət məktəbləri, səhiyyə müəssisələri, dram teatrı, sirk binası, muzey, idman kompleksləri və digər obyektlər inşa olunacaq.(AZƏRTAC)

AzNews.az