FHN-in İrana göndərdiyi humanitar yardım ünvana çatdırıldı

11 Aprel 2019 11:31 (UTC+04:00)

İran İslam Respublikasında aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Hökuməti adından aprelin 10-da bu ölkəyə göndərdiyi humanitar yardım ünvana çatdırılıb və aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Xatırladaq ki, ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, “Katerpiller” və “Komatsu” markalı 2 ədəd ekskavator daxildir.

Qeyd edək ki, İranda baş vermiş təbii fəlakət insan itkisinə və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.(AZƏRTAC)

AzNews.az