“Azərbaycanda sahibkarlıq sahəsilə bağlı yeni məhkəmə yaradılacaq”

11 Aprel 2019 11:56 (UTC+04:00)

"Azərbaycanda sahibkarlıq sahəsilə əlaqəli yeni məhkəmə yaradılacaq".

Bunu Məhkəmə-Hüquq Şurası aparatının rəhbəri Cavid Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycan ən islahatçı 10 ölkədən biridir: "Bu səbəbdən də sahibkarlığın inkişafı ilə bağlı yeni məhkəmə yaradılacaq. İxtisaslaşmış məhkəmədə peşəkar hakimlər çalışacaq. Yeni məhkəmənin qısa müddətdə fəaliyyətə başlaması üçün işlər görülür. Bu məhkəmənin fəaliyyəti sahibkarlığın inkişafına öz töhfəsini verəcək".(report.az)

AzNews.az