Serenay Sarıkayadan Cem Yılmaza özəl dəvət

11 Aprel 2019 12:24 (UTC+04:00)

Məşhur türk aktrisası Serenay Sarıkaya, Aras Bulut və Bige Önal dünən axşam Cem Yılmazın “Maslak TİM Show Center”-da keçirilən “Diamond Elite Platinum Plus” şousunu izləyib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Sarıkaya şoudan sonra Cem Yılmazın yanına gəlib və onu "Alice" musiqili komediyasına dəvət edib.

Sarıkaya mövzu ilə bağlı belə deyib:

"Cem iadə ziyarətinə gələcək".

Şounu sevgilisi Bige Önalla izləyən aktyor Aras Bulut rol aldığı "Çukur" serialının yekunlaşacağı iddialarına münasibət bildirib:

"Ən yaxşısını etmək üçün çalışırıq. Biz sezon finalı edəcəyik. Final yox."

Səidə Vahid

AzNews.az