“Xalq Həyat Sığorta”nın rəhbərliyi açıqlandı

11 Aprel 2019 12:11 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatasının ötən ay lisenziya verdiyi “Xalq Həyat Sığorta” ASC-nin rəhbərliyi açıqlanıb.

Şirkətin Direktorlar Şurasının (DŞ) sədri Xəzər Arif oğlu Bağırlı, üzvləri isə Ramiz Haqverdi oğlu İbrahimov və Ruslan Əsəd oğlu Seyidovdur. X.Bağırlı həm də “Xalq Bank” ASC-nin Müşahidə Şurasının üzvü, R.İbrahimov və R.Seyidov isə paralel olaraq “Xalq Sığorta” ASC-nin DŞ-nın üzvləri kimi fəaliyyət göstərirlər.

“Xalq Həyat Sığorta”nın İdarə Heyətinə (İH) əvvəlcədən deyildiyi kimi “Xalq Sığorta”nın İH sədrinin keçmiş müavini Roman Alpaşa oğlu Vəliyev sədrlik edir. Onun müavinləri isə İsmayıl Eldar oğlu Əliyev və Aqşin Mehralı oğlu Yusifzadədir.

“Xalq Həyat Sığorta”nın Təftiş Komissiyasının tərkibi “Xalq Sığorta”dakı ilə eynidir. Komissiyanın sədri Araz İbrahimov oğlu Məmmədov, üzvləri isə Kamran Musa oğlu Rüstəmov və Vasif Bayramovdur.

Şirkətin Daxili Audit Xidmətinin rəhbəri isə Camal Etibar oğlu Rzayevdir. O, bundan əvvəl “Xalq Sığorta”dakı eyni xidmətdə mütəxəssis kimi çalışıb.

“Xalq Həyat Sığorta”nın baş mühasibi Aynurə Toğrul qızı Quliyeva, məsul aktuarisi isə bundan əvvəl “Xalq Sığorta”da eyni vəzifəni tutmuş Rəşad Ədalət oğlu Ətayidir.

Xatırladaq ki, “Xalq Həyat Sığorta” ötən ilin noyabr ayında yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmdarı 100% “Xalq Sığorta”dır.(report.az)

AzNews.az