Terroristlər Azad Suriya Ordusuna hücum etdi - YPG/PKK itki verdi

11 Aprel 2019 12:29 (UTC+04:00)

Terror örgütü YPG/PKK ilə Azad Suriya Ordusu arasında atışma baş verib.

AzNews.az xəbər verir ki, Suriyada Marenin qərbindəki Tel Rıfatda yerləşən YPG/PKK-lı terroristlər dünən gecə Suriyanın şimalında müxaliflərin nəzarətində olan Mare bölgəsində mövqelənən ASO-nun cəbhə xəttinə girməyə çalışıb.

ASO-nun qarşılıq verməsi nəticəsində başlayan atışma 3 saat çəkib. YPG/PKK-nın itki verdiyi deyilir.

Pərvanə Ağazadə

AzNews.az