Türkiyədə “soğan böhranı”

11 Aprel 2019 13:33 (UTC+04:00)

Bir neçə ay əvvəl 10 lirəyə qədər bahalaşan soğan və karofun qiymətləri tənzimlənən satış nöqtələri açıldıqdan sonra 4 lirəyədək enmişdi. Bu həftə əhaliyə yardım məqsədi ilə açılan xalq bazarlarının çox hissəsi qapadıldı. Bununla da tərəvəz və meyvələrə, xüsusilə də soğan və karofun qiymətlərində yenidən artım oldu.

Normal həftəlik bazarlarda soğanın qiyməti 8-10, kartofun qiyməti isə 7 lirəyə qədər yüksəldi. Bundan başqa, bibər 13, lobya 15, badımcan 8, pomidor 9, xiyar 9 lirədən şatışa çıxarıldı. Tütün məmulatlarında 2 lirə artım oldu.

Bütün qiymət artımına baxmayaraq, soğanın bahalaşması xalq arasında daha çox söz-söhbətə səbəb oldu. İnsanlar gündəlik istifadə olunan soğana qarşı daha diqqətli olmağa başladılar. Ölkəyə xaricdən 40 ton soğan gətirilsə də, bu qiymət artımını əngəlləyə bilməyib.

Qeyd edək ki, Türkiyədə aylıq soğan istifadəsi 150 min tonun üzərindədir. Türkiyə Statistika Komitəsindən verilən məlumata görə, vergilərin sıfırlanmış olmasına rəğmən, bu ilin yanvar və fevral aylarında xaricdən sadəcə 28 min 140 ton soğan idxal edilib.

Yanvar ayında bu miqdar 40 ton olsa da, fevralda 27 min 99 ton ola bilib. Məlumata görə, yanvarda Azərbaycandan 922 ton, Suriyadan 19 ton soğan gətirilib. Fevralda isə 27 min ton soğanın 8 min 54 tonu Özbəkistandan, 6 min 821 tonu Misirdən, 6 min 223 tonu İrandan, 746 tonu isə Azərbaycandan gətirilib.
Türkiyə Qazaxıstandan 775, Rusiya isə 480 ton soğan idxal edib. Ən ucuz soğan isə İran soğanı olub. Türkiyə 2 ayda 28 min 140 ton soğan üçün bu ölkəyə 6 milyon 657 min dollar ödəyib. (modern.az)

AzNews.az