Culian Assanj Londonda polis tərəfindən saxlanıldı

11 Aprel 2019 13:49 (UTC+04:00)

“WikiLeaks”in qurucusu Culian Assanj Böyük Britaniyanın paytaxtı Londonda polis tərəfindən saxlanılıb.

Bu məlumatı TASS yayıb.

C.Assanj bir neçə ildir Ekvadorun Britaniyadakı səfirliyində sığınmışdı.

Ekvador ona sığınacaq verməkdən imtina edib. Ona görə də “WikiLeaks”in qurucusu səfirliyi tərk edib.

O, diplomatik nümayəndəlikdən çıxan kimi polis tərəfindən saxlanılıb.(report.az)

AzNews.az