Restorandan qaçan ayı sakinlərə hücum etdi - Yaralılar var

11 Aprel 2019 14:04 (UTC+04:00)

Ayının hücumu nəticəsində 2 nəfər xəsarət alıb.

Yaralılardan biri xəstəxanaya yerləşdirilib, digəri isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisə yerinə gələn polis işçiləri vəhşi heyvanı silahla zərərsizləşdiriblər.

Şəhər administrasiyasından isə ayının özəl restoranların birindən diqqətsizlik üzündən qaçdığı bildirilib. Həmin restoranda qəfəsdə daha bir neçə heyvan saxlanıldığı qeyd edilir.

Faktla bağlı araşdırmaya başlanılıb.(trend.az)

AzNews.az