Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşlara başlayır

11 Aprel 2019 14:29 (UTC+04:00)

Rusiyanın “Smartavia” (“Nordavia” şirkətinin ticarət brandı) təyyarə şirkəti bu yaydan Azərbaycana uçuşlar həyata keçirmək niyyətindədir.

Bunu jurnalistlərə şirkətin kommersiya direktoru Svetlana Rodionova bildirib.

Qeyd edək ki, ötən il “Nordavia” 648 min sərnişin daşıyıb və bu, əvvəlki ilə nisbətən 35 faiz çoxdur.(report.az)

AzNews.az