Müğənninin yeni klipi ölkədə səs-küy yaratdı - "Bananı..."

11 Aprel 2019 14:56 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Edisin yeni klipi sosial şəbəkələrdə səs-küyə səbəb olub.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənninin "Mənə nə" (“Bana ne”) adlı yeni klipi gündəmi zəbt edib.

Belə ki, Edisin bananı telefon dəstəyi kimi istifadə etməsi trendə çevrilib və bazarların birində satılan bananların yanına “Edisin yeni klipində oynayan bananlar” şüari yazılıb.

Qeyd edək ki, Edis həmin şəkili sosial şəbəkə hesabında paylaşaraq "Əgər doğrudursa, canım sıxıldı" sözlərini yazıb.

Nigar CƏFƏR

AzNews.az